Misli Premyer Liqasında IV turun görüşləri keçirilir.
Offsideplus.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Sabah" "Zirə"ni qəbul edəcək.
Hər iki komanda məğlubiyyətsiz irəliləyir. Ancaq "Sabah" rəqibindən bir oyun az keçirib.
Görüş Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Misli Premyer Liqası, IV tur
5 sentyabr (şənbə)
18:30 “Sabah” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”


