“Əsas problemimiz bitiricilik idi”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 4-cü turunda baş tutan “Sabah” - “Zirə” matçından sonra qonaqların baş məşqçisi Rəşad Sadıqov deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:
“Əvvəlcə topa nəzarət etmək istəyirdik. Məncə, bu, bizdə pis alınmırdı. Lakin oyunun gedişatında kobud səhvlərə yol verdik və nəticədə qapımızda qollar gördük. 2:0-dan sonra toparlanmaq futbolçular üçün çətin idi. Ancaq bunun öhdəsindən gəldilər.
Yekun hesab 0:5 olsa da, oyunçularımdan narazı deyiləm. Dörd-beş qol epizodumuz olsa da, onlardan istifadə edə bilmədik.
Bu gün “Sabah”a qarşı daha fərqli oynamağa çalışırdıq. Pis alınmırdı, ancaq bitiricilik məsələsində bizi qabaqladılar. “Sabah”ın bir neçə gün sonra “Mançester Yunayted”lə Çempionlar Liqasında oyunu var. “Sabah”a uğurlar arzulayıram və layiqli qələbə münasibətilə təbrik edirəm".
Qeyd edək ki, "Bank Respublika Arena"da baş tutan oyunda qolları Velko Simiç (7), Coy Lens Mikels (13-p, 30, 57) və Kristian Nvaçukvu (51) vurublar. "Sabah" 9 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik "Zirə" ikincidir.


