“Əvvəlcə oyunçularımı təbrik etmək istəyirəm”.

Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının IV turunda  baş tutan "Sabah"- “Zirə" matçından sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransında deyib.

Mütəxəssis 5:0 hesablı qələbə qazandıqları matçla bağlı fikirlərini bölüşüb:

“Futbolçular oyun planımızı meydançada möhtəşəm şəkildə icra etdilər. Çox təhlükəli qol epizodları yaratdıq. Ancaq 3:0-dan sonra oyunçularımdan narazı qaldım, sanki bir az tələsirdilər.

Əlbəttə, komanda 5:0 hesabı ilə qalib gəlirsə və qol buraxmırsa, məmnun qalmamaq mümkün deyil. Təbii ki, həmişə olduğu kimi, bu qələbəni də unudub növbəti matça köklənəcəyik”.

Qeyd edək ki, "Bank Respublika Arena"da baş tutan oyunda qolları Velko Simiç (7), Coy Lens Mikels (13-p, 30, 57) və Kristian Nvaçukvu (51) vurublar. "Sabah" 9 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik "Zirə" ikincidir.