"Qarabağ"ın qapıçısı Mateuş Koxalski komandadan ayrılıb.
Offsideplus.az xəbər verir ki, tərəflər ayrılıq barəsində razılığa gəlib.
Polşalı qolkiperin karyerasını ölkəsində davam etdirəcəyi gözlənilir.
Koxalski 2024-cü ilin yayından "Qarabağ"da çıxış edirdi. O, burada 76 oyun keçirib və 28 matçda qapısını "toxunulmaz" saxlamağı bacarıb.
(sportal.az)


