"Roma" İtaliya A Seriyasının üçüncü turunda doğma meydanda "Atalanta" üzərində 2:1 hesablı qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, qonaqların yarımmüdafiəçisi Ederson Lourenso 47-ci dəqiqədə hesabı açıb. 89-cu dəqiqədə "Roma"nın müdafiəçisi Mario Hermoso tarazlığı bərpa edib. 93-cü dəqiqədə isə Matias Soule qələbə qolunun müəllifi olub.

Beləliklə, "Roma" mövsümdə ardıcıl üçüncü qələbəsini əldə edib. Komanda daha əvvəl "Fiorentina" və "Leççe"ni hərəyə 4:0 hesabı ilə məğlub etmişdi.