UFC-nin yarım ağır çəki döyüşçüsü Paulo Kosta təşkilat rəhbərliyindən bu divizionda müvəqqəti kəmərin təsis olunmasını istəyib. Braziliyalı idmançı bildirib ki, hazırkı çempion Karlus Ulberq zədə səbəbindən uzun müddət oktaqona qayıda bilməyəcək və bu müddətdə titulun boş qalması düzgün deyil.

Offsideplus.az xəbər verir ki, Kosta bu barədə sosial şəbəkədə paylaşım edib: "UFC Valentina Şevçenkonu zədə səbəbindən kəmərdən məhrum etdi. Karlus Ulberq də zədələnib və ehtimal ki, yalnız 2027-ci ilin ikinci yarısında döyüşə biləcək. Yarım ağır çəkidə müvəqqəti kəmər qoyun, gəlim divizionu xilas edim. UFC bu təklifdən imtina etdi. Niyə? Bilmirəm".

Qeyd edək ki, Paulo Kosta hazırda iki qələbə seriyasındadır. O, Azamat Murzakanovu nokautla məğlub edib, Ruslan Kopylov üzərində isə hakimlərin yekdil qərarı ilə üstün gəlib.