Portuqaliyalı hücumçu Joau Feliks "Əl-Nəsr"in "Əl-İttihad"a 1:2 hesabı ilə uduzduğu oyundan sonra emosional reaksiya verib.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı çempionatının 5-ci turunda Endc Postekoglunun komandası bu mövsüm ilk dəfə məğlub olub və turnir cədvəlində liderliyi "Əl-Hilal"a verib. Bütün oyunu Kriştiano Ronaldu ilə hücum xəttində keçirən Feliks qarşılaşmadan sonra jurnalistlərin suallarına cavab verməkdən imtina edib: "Sizinlə danışmayacağam, çünki danışsam, bu liqanı ifşa edərəm", – deyə Feliks mikst-zonadan keçərkən bildirib.