"Barselona"nın zədəli yarımmüdafiəçisi Frenki de Yonqun oktyabrın 8-də — milli komandaların oyunları ilə bağlı fasilədən sonra sıraya dönəcəyi gözlənilir.

Offsideplus.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, nidertlandlı futbolçu müalicəsini fasilə dövründə tamamlayaraq yaşıl meydanlara qayıtmağı planlaşdırır.

Qeyd edək ki, De Yonq DÇ-2026 zamanı sağ dizinin daxili yan bağlarını zədələyib.