PSJ-nin baş məşqçisi Luis Enrikenin maaşı yeni müqavilədən sonra ikiqat artıb.
Offsideplus.az xəbər verir ki, ispan mütəxəssisin Paris klubu ilə 2030-cu ilə qədər uzadılan müqaviləsinə əsasən, illik qazancı təxminən 12 milyon avrodan 20 milyon avroya yüksəlib. Klub prezidenti Nasser Əl-Xelayfi Luis Enrikeni dünyanın ən yaxşı məşqçisi hesab edir, baxmayaraq ki, PSJ Liqa 1-də mövsümə uğursuz başlayıb.
Luis Enrike 2023-cü ildən bəri Paris təmsilçisi ilə iki dəfə ardıcıl Çempionlar Liqasının qalibi olub və ümumilikdə 13 kubok qazanıb.


