Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Sabah"ın İngiltərə səfərinin təfərrüatları məlum olub.

Offsideplus.az xəbər verir ki, "bayquşlar" matçdan iki gün əvvəl — sentyabrın 8-də Mançesterə yollanacaqlar. Təmsilçimiz qarşılaşmadan dərhal sonra — elə həmin gecə vətənə qayıdacaq.

Qeyd edək ki, "Sabah" sentyabrın 10-da "Old Trafford"da "Mançester Yunayted"in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.