Keçmiş "Dallas Maveriks"in baş məşqçisi Ceyson Kidd hesab edir ki, gənc istedad Kuper Fləgg LeBron Ceymsin gənclik illərində göstərdiyi inkişaf tempini təkrarlaya bilər.

Offsideplus.az xəbər verir ki, Kidd Fləggin həm bacarıqları, həm də qələbə əzmi ilə seçildiyini bildirib: "Əgər LeBronun gənc yaşlarında etdiklərinə baxsaq, Kuper də eyni tempdə irəliləyir. Onun qələbə istəyi, zəhmətsevərliyi və həlledici anlarda məsuliyyəti üzərinə götürməkdən çəkinməməsi diqqətəlayiqdir. Biz bunu hələ "Duke" universitetində də görmüşdük – son saniyələrdə şüt atmaqdan çəkinmirdi, hətta bəzən qaçırsa belə. Əsas odur ki, o, bu anlardan qorxmur. Mən deyərdim ki, o, tam olaraq düzgün yolda irəliləyir. Amma əsas sual budur: Kuper LeBron kimi sağlam qala biləcəkmi? Axı bütün böyük oyunçuları sonda məhz çempionluqlara görə qiymətləndirirlər. Statistikaya yox, məhz kuboklara – bu, həmişə fərqləndirici göstərici olacaq və ümid edirəm ki, Kuper də buna nail ola biləcək".