Amerikalı müdafiəçi Kevin Panter yeni mövsümdə "Barselona"nın kapitanı kimi çıxış etməyə hazırlaşır. O, ötən mövsüm "Partizan"da da eyni vəzifəni yerinə yetirib və indi İspaniya klubunda Aleksandr Sekuliçin rəhbərliyi altında meydançaya kapitan kimi çıxacaq.
Offsideplus.az xəbər verir ki, Panter bu barədə İspaniya mətbuatına açıqlama verib: "Bu mənim üçün böyük şərəfdir və düşünürəm ki, öhdəsindən yaxşı gələcəyəm. Həmişə kapitan roluna böyük hörmətlə yanaşmışam və onun nə demək olduğunu yaxşı başa düşürəm. "Partizan"da kapitan olmaq çılğınlıq idi, burada, "Barselona"da isə insanlar bir qədər fərqlidir, mədəniyyət də başqa cürdür. Bu barədə çox düşünmək və ya nəyisə artıq etməyə çalışmaq istəmirəm – bu, mənim xarakterimə uyğun deyil. Özüm olaraq qalacağam və komandaya liderlik etməyə davam edəcəyəm".
Panter yay fasiləsində "Barselona"dan ayrılacağı ilə bağlı yayılan şayiələrə də münasibət bildirib: "İnsanlar müxtəlif şeylər uydurur və mənim gedəcəyimi düşünürlər. Belə söhbətlərə xüsusi diqqət yetirmirəm. Getməyimə dair heç bir əlamət olmayıb".


