"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Çelsi"nin İngiltərə Premyer Liqasında ciddi rəqib olacağını bildirib.

Offsideplus.az xəbər verir ki, Arteta Xabi Alonsonun rəhbərliyi altında "Çelsi"nin avrokuboklarda iştirak etməməsinin komandanın yalnız çempionata köklənməsinə imkan verəcəyini qeyd edib. O deyib: "Düşünürəm ki, onların turnir cədvəlinin üst sıralarında yer almaq üçün bütün imkanları var. Alonsonu və klubun tarixini nəzərə alaraq, heyətin keyfiyyətini və digər komandalarla müqayisədə təqvimlərini qiymətləndirəndə, bunun çox-çox real olduğunu düşünürəm".