Təcrübəli amerikalı basketbolçu Ayzaya Tomas növbəti mövsüm üçün planlarından danışıb. 37 yaşlı oyunçu bir il Avropada oynamaq arzusunda olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Tomas sosial şəbəkədə paylaşım edərək xaricdə çıxış etmək istədiyini vurğulayıb: "Bir il xaricdə oynamaq istəyirəm! O təcrübəni yaşamaq istəyirəm! Oradakı oyunçulara qarşı özümü sınamaq istəyirəm".

Son mövsümdə Tomas "Yuta Caz"ın G Liqa komandası olan SLC Stars-da qısa müddət çıxış edib. Son illər onun Avropaya transferi ilə bağlı iddialar səslənsə də, hələlik bu baş verməyib. Yaşının 37 olması səbəbindən onun Avropanın aparıcı klublarına keçidi sual altındadır.