"Çelsi"nin baş məşqçisi Xabi Alonso İngiltərə Premyer Liqasının 3-cü turunda "Arsenal"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra komandasının inkişaf etməli olduğu məqamları dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Alonso açıqlamasında bunları deyib: "Əvvəldən başa düşürdük ki, bu qarşılaşmada 12 qol vəziyyəti yaradacağımızı gözləmək düzgün olmazdı. "Arsenal"a qarşı oynamaq çətindir, onlara qarşı imkanlar yaratmaq asan deyil, amma bizim də bir qoldan çox vurmaq üçün üç-dörd şansımız oldu. Bu bir prosesdir. Hələ yolun başlanğıcındayıq. İstəyirik ki, daha tez-tez qapımızı toxunulmaz saxlayaq – bu da zamanla olacaq. Oyunçular tam fədakarlıq göstərir və başa düşürlər ki, hər oyunda rəqabət aparmaq üçün düzgün istiqamətdə irəliləyirik. Əlbəttə, xal qazana bilmədiyimiz üçün narazıyıq, amma sakitliyimizi qoruyub işləməyə davam etməliyik".

Komandasının həm çox qol vuracağı, həm də çox buraxacağı barədə tez danışılıb-danışılmadığına münasibət bildirən Alonso əlavə edib: "Hələ çox tezdir. Zaman göstərəcək. Oyunumuzun müəyyən məqamlarını inkişaf etdirmək istəyirik və eyni zamanda artıq yaxşı bacardığımız işləri davam etdirməliyik. Hər oyun ciddi mübarizədir və bu gün son dəqiqəyə qədər döyüşdük. Komandada bu ruhun olması və oyunçuların bunu hiss etməsi çox vacibdir. Məhz bu ruh qələbə üçün güc verir".