Valensiyanın baş məşqçisi Karlos Korberan komandasının "Barselona"ya 0:5 hesabı ilə məğlubiyyətini dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Korberan bu barədə bunları deyib: "Bu gün rəqib ilk dəqiqədən sonadək bizdən güclü idi. Erkən buraxılan qol vəziyyəti daha da çətinləşdirdi. Həmin qoldan sonra sürətli hücumlarda imkanlarımız oldu, lakin onlardan istifadə edə bilmədik, halbuki bu, bizim üçün çox vacib idi. Rəqib bizi tamamilə üstələməyin yolunu tapdı. Üçüncü qoldan sonra nəyisə dəyişmək artıq çətin idi. Bu gün oyunçularda istək çatışmazlığı görmədim. Sadəcə, "Barselona"nın təklif etdiyi oyun bizimkilərdən daha güclü oldu. Nəticə etibarilə baş verənlərə hamımız cavabdehik və "Valensiya"nın dinamikasını dəyişmək gücümüz var. Məhz bu ruhla hazırlaşırıq".


