Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Malişeva" Kosova Superliqasında 4-cü tur matçına çıxıb.
Offsideplus.az xəbər verir ki, onlar doğma meydanda "Gilyani"ni qəbul edib və 3:1 hesabı ilə qalib gəlib.
Meydan sahiblərinin hər üç qoluna milli komandamızın hücumçusu Vüsal İsgəndərli imza ataraq het-trik edib.
Bu qələbədən sonra xallarının sayını 10-a çatdıran "Malişeva" turnir cədvəlinə liderlik edir.


