İtaliya A Seriyasında 3-cü turun mərkəzi oyunu baş tutub. "Yuventus" öz meydanında "Milan"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, Turindəki "Alyans" stadionunda keçirilən və Маuriçio Маrianinin idarə etdiyi qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Hesabı 69-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Alfadjo Sisse açıb. Meydan sahiblərini məğlubiyyətdən xilas edən qolu isə 90+2-ci dəqiqədə müdafiəçi Federiko Qatti vurub.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran komandalardan "Milan" 3-cü, "Yuventus" isə 4-cü pillədə qərarlaşıb.


