"Mersedes"in pilotu Andrea Kimi Antonelli Böyük Britaniya Qran-prisində sprint yarışının qalibi olub.
Offsideplus.az xəbər verir ki, o, mübarizəyə ilk sıradan başlayan "Ferrari" sürücüsü Lyuis Hemiltonu geridə qoymağı bacarıb.
Üçüncü yer uğrunda gərgin mübarizədən "Maklaren"in pilotu Lando Norris qalib ayrılıb.
Antonellinin həm komanda yoldaşı, həm də çempionluq yarışındakı əsas rəqibi olan Corc Rassell isə yarışı dördüncü pillədə başa vurub.


