Mauro İkardi ilə İtaliya klubu yaxından maraqlanır.

Offsideplus.az xəbər verir ki, "Qalatasaray" ilə müqaviləsi başa çatan argentinalı hücumçunun adı "Latsio" ilə hallansa da, transfer hazırda real görünmür.

İtaliyanın “Tuttomercato” nəşrinin yaydığı məlumata görə, İkardinin “Qalatasaray”da qazandığı illik 10 milyon avro İtaliya klubları üçün olduqca yüksəkdir.

Xəbərdə qeyd olunur ki, “Lazio” hazırda maliyyə məhdudiyyətləri altında fəaliyyət göstərir və yalnız satdığı qədər futbolçu transfer edə bilər. Klubun uzun müddətdir maaş büdcəsini azaltmaq və heyəti gəncləşdirmək siyasəti apardığı da bildirilib.

Bu səbəbdən Mauro İkardinin “Latsio”ya transferinin hazırkı mərhələdə real olmadığı qeyd edilib.

Qeyd edək ki, təcrübəli hücumçu “Qalatasaray” forması ilə 4 mövsümdə 134 oyunda meydana çıxıb, 77 qol vurub və 25 məhsuldar ötürmə edib.