Dünya çempionatında debüt edən Kabo Verde millisi 1/16 finalda son çempion Argentinaya əlavə vaxtda 2:3 hesabı ilə məğlub olub.
Offsideplus.az xəbər verir ki, qrup mərhələsində İspaniya və Uruqvay ilə heç-heçə edərək turnirin sürprizinə çevrilən komandanın baş məşqçisi Bubista məğlubiyyətə baxmayaraq futbolçuları ilə qürur duyduğunu bildirib:
"Paltardəyişmə otağında kədər var idi, çünki qələbəyə çox yaxın idik. Lakin oyunçuların bir-birini qucaqlayıb ağlaması komandanın ruhunun olduğunu və böyüdüyünü göstərir. Heç bir komandanın Argentinaya iki qol vurub oyunu əlavə vaxta apara biləcəyini düşünmürəm. Futbolçularım öz kimliklərini itirmədən, cəsarətlə və ləyaqətlə mübarizə apardılar".


