Türkiyənin "Beşiktaş" klubu transfer pəncərəsində növbəti imzasını atdırıb.
Offsideplus.az xəbər verir ki, "Ağ-qaralar" "Monako"nun fransalı sol cinah müdafiəçisi Kassum Uattaranı heyətinə qatıb.
İstanbul təmsilçisi bu keçid üçün Fransa klubuna 8 milyon avro zəmanətli transfer haqqı ödəyəcək.
Müqavilədə, həmçinin futbolçunun və komandanın göstərəcəyi performansa əsasən əlavə olaraq 2 milyon avro bonus da nəzərdə tutulub.


