Almaniya futbolunda gərgin anlar yaşanır. Almaniya Futbol Federasiyası (DFB) milli komandanın baş məşqçisi Yulian Naqelsmana açıq şəkildə qapını göstərib.
Offsideplus.az xəbər verir ki, Federasiya rəsmiləri gənc mütəxəssisə kəskin ismarış göndərərək, "Doğru olanı et və İSTİFA ET!" çağırışını ediblər.
Bu bəyanatdan sonra "Bavariya"nın keçmiş baş məşqçisinin rəhbərlik etdiyi "Bundestim"dəki gələcəyi böyük sual altında qalıb. Müqavilənin ləğvi və ya istefanın yaxın saatlarda rəsmiləşəcəyi gözlənilir.


