İngiltərənin "Nottingem Forest" klubu futbol dünyasında nadir görünən bir hadisəyə imza atıb.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi baş məşqçi Vitor Pereyranı e-poçt vasitəsilə işdən çıxarıb.

​Hadisəni daha da dramatik edən məqam isə zamanlama olub. Belə ki, portuqaliyalı mütəxəssisin müqaviləsinin avtomatik olaraq uzanmasına cəmi iki dəqiqə qalmış "Nottingem Forest" rəsmiləri ona qovulma məktubunu göndəriblər. Bununla da Premyer Liqa təmsilçisi portuqaliyalı məşqçi ilə yollarını rəsmən ayırıb.