“Sabah”ın oyunçusu Jan-Mark Pansa klubdan ayrılıb.

Offsideplus.az xəbər verir ki, o, İspaniyanın köklü və zəngin tarixə malik basketbol klublarından biri olan “Mursia”ya transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Pansa “Sabah”da keçirdiyi müddət ərzində komandanın oyun planında vacib rol oynayan basketbolçulardan biri olub, xüsusilə müdafiə sistemində və səbət altı mübarizələrdə göstərdiyi sabit performansla seçilib.