"Sabah" növbəti transferini gerçəkləşdirib.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" 25 yaşlı vinger Ksander Severinanı heyətinə cəlb edib. Futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
Severina son mövsümü İsrailin "Makkabi" (Hayfa) klubunda keçirib, buna qədər isə Niderland, Serbiya və Portuqaliya klublarında çıxış edib.
Ksander Kürasao milli komandasının heyətində 5 oyuna çıxıb.
Qeyd edək ki, "Sabah" daha əvvəl Eyden Makkarti, Yunes Laşaab, Junior Almeyda və Rodriqu Fernandesi transfer etmişdi.


