“Sumqayıt” Futbol Akademiyasının yeni direktoru bəlli olub.
Offsideplus.az xəbər verir ki, Adil Şükürov sözügedən vəzifəyə təyin olunub. Bu barədə klubun sosial şəbəkə səhifəsində məlumat yayımlanıb.
Qeyd edək ki, 48 yaşlı mütəxəssis daha öncə “Zirə”, “Şüvəlan”, “Kəpəz” və “Səbail” kimi klublarda baş məşqçi vəzifəsində çalışıb. Adil Şükürov həmçinin müxtəlif dönəmlərdə “Bakı” Futbol Akademiyasında, U-15 və U-17 millilərimizdə də məşqçi fəaliyyəti göstərib.


