Növbəti həftədən etibarən Azərbaycan klubları avrokuboklarda mübarizəyə başlayacaq.
Offsideplus.az xəbər verir ki, iyulun 7-də "Sabah" Çempionlar Liqasının I təsnifat mərhələsində TNS ilə üz-üzə gələcək. Bu matç Bakı vaxtı ilə saat 20:00-da "CBC Sport"da yayımlanacaq.
İyulun 9-u saat 20:00-da keçiriləcək "Qarabağ" - "Vestri" matçı da adıçəkilən telekanalda yayımlanacaq.
İyulun 8-də baş tutacaq "Zirə" - "Torpedo" oyununu isə azarkeşlər İdman TV-də izləyə biləcəklər.


