Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA tərəfindən 2026/2027-ci illər mövsümündə ilk dəfə vəzifələndirilib.

Offsideplus.az xəbər verir ki, o, Çempionlar Liqasının I təsnifat mərhələsində baş tutacaq "Kayrat" (Qazaxıstan) - "Sutyeska" (Monteneqro) qarşılaşmasının hakim-inspektoru olacaq.

İyulun 8-də Almatının "Ortalik" stadionunda keçiriləcək bu görüşdə ədalət təmsilçilərinin işinə həmyerlimiz qiymət verəcək.