Novak Cokoviç Uimbldon turnirinin ilk turunda Çin təmsilçisi Vu Yibinqə qarşı fiziki cəhətdən olduqca ağır keçən oyunda qələbə qazanaraq (6-4, 5-7, 6-4, 6-4) yarışa uğurla start verib.
Offsideplus.az xəbər verir ki, karyerasının pik çağında olan 39 yaşlı serbiyalı tennisçi bu turnirdə 8-ci Uimbldon titulunu (Rocer Federerə çatmaq üçün) və ümumilikdə 25-ci "Böyük Dəbilqə" çempionluğunu (Marqaret Kortu geridə qoyaraq mütləq rekordçu olmaq üçün) qazanmaq niyyətindədir.
Cokoviç ilk set zamanı tribunada baş tutan uğurlu bir evlilik təklifinə "ürək" işarəsi ilə reaksiya verərək rəngarəng anlar yaşadıb.
Vu Yibinqin gərgin müqavimətini qırmağı bacaran Cokoviç növbəti mərhələdə yunanıstanlı Stefanos Tsitsipas ilə qarşılaşacaq.


