"Qarabağ"ın futbolçuları Abdullah Zubir və Mateuş Koxalski ÇL-də ən yaxşılar siyahısında yer alıb.
Offsideplus.az xəbər verir ki, mövsüm başa çatdıqdan sonra açıqlanan UEFA-nın “FedEx Performance Zone” statistik hesabatına əsasən, M.Koxalski turnirdə etdiyi 45 seyv ilə ən çox qurtarış edən qapıçılar sırasında 4-cü pillədə qərarlaşıb. Polşalı qolkiper yalnız Nikita Haykin, Tibo Kurtua və Uğurcan Çakırdan geri qalıb.
Abdullah Zubir isə meydanın rəqibə aid olan 1/3 hissəsindəki mübarizələrdən 14 dəfə qalib ayrılıb. Yalnız PSJ-nin ulduzu Vitinyadan geri qalan fransalı yarımmüdafiəçi 2-ci yerə şərik olub.


