"Qalatasaray"ın yarımmüdafiəçisi İlkay Gündoğan Conatan Tanın sayılmayan qolu barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Almaniya millisi DÇ-2026-nın 1/16 final mərhələsində Paraqvay komandasına penaltilər seriyasında (1:1, penaltilərlə 3:4) uduzaraq turnirdəki çıxışını başa vurub.
Matçın 102-ci dəqiqəsində hesab 1:1 olarkən, almaniyalı müdafiəçi Conatan Ta Nataniel Braunun künc zərbəsindən ötürməsindən sonra başla topu Paraqvayın qapısından keçirib. Qarşılaşmanın baş hakimi Cəlal Cayed epizodun təkrarına baxdıqdan sonra qolu ləğv edib, çünki Voldemar Antonun paraqvaylıların qapıçısı Orlando Xilə mane olduğu müəyyən edilib.
"Komandanın oyununu bəzəməyə ehtiyac yoxdur. Amma bu VAR-ın verdiyi necə qərardır? Premyer Liqada belə bir şeyə sadəcə gülüb keçərdilər. Heç bir halda qərarı dəyişməzdilər. Bu, əlbəttə ki, inanılmaz dərəcədə məyusedici məqamdır. Təəssüf ki, komandanın özü də 120 dəqiqə ərzində xoş təsir bağışlamadı", – deyə İlkay Gündoğan öz sosial şəbəkə hesabında yazıb.
Yürgen Klopp isə bu barədə bunları söyləyib:
"Əgər bu, qol sayılmırsa, onda Arsenal İngiltərə çempionu ola bilməzdi. Onlar qollarının 60 faizini elə bu cür vurublar".


