Dünya Kuboku turnirində 1/16 final mərhələsinin üçüncü oyunu baş tutub.
Offsideplus.az xəbər verir ki, Almaniya və Paraqvay milliləri qarşılaşıb.
Görüşün əsas və əlavə vaxtı heç-heçə başa çatıb - 1:1.
Penalti seriyasında daha dəqiq olan Paraqvay yığması 1/8 final mərhələsinə yüksəlib.
Onlar bu mərhələdə Fransa - İsveç duelinin qalibi ilə üz-üzə gələcək.
DÇ-2026, 1/16 final
00:30 Almaniya 1:1 Paraqvay (penalti seriyası - 3:4)
Qollar: Kai Havertz (54') - Xulio Ensiso (42').


