“Araz-Naxçıvan” klubu yeni mövsümə hazırlığı çərçivəsində 4 komanda ilə qarşılaşacaq.
Offsideplus.az xəbər verir ki, klub yeni mövsümün hazırlığına Bakıda iyulun 10-dan etibarən başlayacaq. Ayın 20-dək təlim-məşq toplanışının birinci mərhələsi olacaq.
İyulun 20-də klubun əvəzedici heyəti ilə yoxlama oyunu keçiriləcək.
Hazırlıq prosesinin ikinci mərhələsinə iyulun 22-də başlayacaq və ayın 31-dək davam edəcək bu mərhələdə “qırmızı-ağlar” 3 oyunda gücünü sınayacaq.
İyulun 24-də “İmişli”, ayın 31-də isə “Şəfa” sparrinq-rəqib olacaq. İyulun 28-də keçirilməsi nəzərdə tutulan oyundakı rəqib dəqiqləşməyib.
Avqustun ilk 2 günündə istirahət edəcək “Araz-Naxçıvan” ayın 3-də bir araya gələcək və 4 gün sonra yoxlama matçında gücünü sınayacaq. Avqustun 7-nə planlaşdırılan görüş üçün sparrinq-rəqib seçilməyib. Bu qarşılaşmadan sonra bərpa və istirahət edəcək futbolçular avqustun 10-dan etibarən yeni mövsümün ilk oyununun hazırlığına başlayacaq.


