“Qalatasaray” Con Duran ilə hər mövzuda tam razılıq əldə edib.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, transferin maliyyə detalları da artıq bəllidir. Razılaşmaya əsasən, gənc hücumçu 1 illik pulsuz (icarə haqqı olmadan) icarəyə götürüləcək və futbolçuya 4 milyon avro məvacib ödəniləcək.

Rəsmi transfer elanının isə iyul ayının ilk həftəsində edilməsi gözlənilir.

Qeyd edək ki, Duran ötən mövsümün ilk yarısını icarə əsasında "Fənərbağça"da keçirib. O, daha sonra "Zenit"ə keçmişdi.

Kolumbiyalı müqavilə ilə Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubuna məxsusdur.