Bakıda yeniyetmələr arasında (U-17) çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçirilib.

Offsideplus.az xəbər verir ki, dörd çəki dərəcəsində rekord sayda – 131 idmançının mübarizə apardığı yarışın yekununda qızıl medal qazanan güləşçilər müəyyənləşib.

Ömər Zeynalov (60 kq), Rəşad Əliyev (70 kq), Ruslan Vəliyev (80 kq) və Elvin Hacıluliyev (90 kq) Azərbaycan çempionu olublar.

Bu gün - iyunun 30-u çimərlik güləşi üzrə kişilər və U-17 qızlar arasında Azərbaycan çempionatı keçiriləcək.