DÇ-2026-da pley-off mərhələsi start götürüb. Bir neçə gün sonra H qrupunun ikincisi Kriştianu Ronaldulu Portuqaliya Luka Modriçli Xorvatiya ilə qarşılaşacaq.
Bu görüşü erkən final da adlandırmaq olar. Bəs ümumilikdə portuqal məşqçilər ölkələrinin yığma komandalarını necə görürlər? Bu barədə ölkə futbolumuza tanış sima Jorj Kaşkilya fikirlərini Offsideplus.az-a bölüşüb:
“Portuqaliya millisi səviyyəsini, keyfiyyətini artırmasa, şansları çox azdır”.
“Əsas problem Ronaldodur, yoxsa Roberto Martinez?” sualına gülərək belə cavab verib:
“Portuqaliyada eqo problemi var”.
Qeyd edək ki, adı çəkilən milli iyulun 3-ü gecə saat 3-də Xorvatiyanı sınağa çəkəcək.
Xatırladaq ki, Jorj Kaşkilya 2025-26 mövsümündə "İmişli" klubunun baş məşqçisi olub.


