FIFA ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatından 12 milyard avro gəlir əldə etməyi gözləyir.

Offsideplus.az xəbər verir ki, Qətərdə keçirilən son mundial FIFA-ya 6,6 milyard avro qazandırmışdı. Rusiyada təşkil olunan turnirdə isə gəlir 5,6 milyard avro olmuşdu.

Son 20 ildə FIFA-nın gəlirləri 4 dəfə artıb.

Qeyd edək ki, mundial iyunun 11-də start götürüb və 19 iyulda başa çatacaq.