"Portlend" Cerami Qrant və Kris Mürreyin əvəzində "Memfis"dən oyun qurucusu Ca Morantı heyətinə qatıb.

Offsideplus.az xəbər verir ki, "Qrizzlis" uzunmüddətdir Morantı treyd etmək üçün fəal şəkildə variantlar axtarırdı.

26 yaşlı basketbolçu müqaviləsi 2028/29-cu illər mövsümünün sonunadək nəzərdə tutulub. O, 2026/27 mövsümündə 42,2 milyon dollar, növbəti iki mövsümün hər birində isə 44,9 milyon dollar qazanacaq.

Ötən mövsüm zədələr səbəbindən Morant cəmi 20 matçda iştirak edib və meydanda keçirdiyi 28,4 dəqiqə ərzində orta hesabla 19,4 xal toplayıb, 3,2 ribaund və 8,1 məhsuldar ötürmə ilə yadda qalıb.