"Qarabağ“ heyətini yeni futbolçu ilə gücləndirir.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın ZTE (Zalaeqerseq) klubunun mərkəz müdafiəçisi Bentsa Varkonyini heyətinə qatıb.

​Bu transferin Ağdam klubuna təxminən 1 milyon avroya başa gəldiyi bildirilir. 24 yaşlı macarıstanlı müdafiəçinin yaxın vaxtlarda "Qarabağ“ ilə 3 mövsümlük müqavilə imzalayacağı gözlənilir.

​Qeyd edək ki, ZTE klubunun əsas heyət oyunçularından olan Varkonyi karyerasında növbəti böyük addımı ataraq Azərbaycana gəlməyə qərar verib.