Azərbaycan yığmasının üzvü Vüsal İsgəndərli karyerasını Kosovoda davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçu Kosovonun "Malişeva" klubuna transfer olub. Müqavilənin müddəti barədə hələlik məlumat verilmir.
Forvard ötən mövsümü Albaniyanın "Partizani" klubunda keçirib.
V. İsgəndərlinin yeni klubu Konfrans Liqasında mübarizə aparacaq.


