"Fənərbağça" klubunun yeni transferi Vedat Muriqi sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb. Muriqi məşq zamanı əzələsində ağrı hiss edərək, meydançanı xərəkdə tərk edib.
Futbolçunun son durumu barədə tibbi müayinədən sonra məlumat veriləcək.
Qeyd edək ki, 32 yaşlı hücumçu "Malyorka"dan "Fənərbağça" klubuna transfer olunub.


