DÇ-2026 çərçivəsində Cənubi Koreya - Meksika matçının ictimai nümayişi zamanı Los-Ancelesdə silahlı insident baş verib.

Offsideplus.az xəbər verir ki, bu barədə ABC7 məlumat yayıb. Hadisə nəticəsində bir nəfər yaralanıb.

İnsident iyunun 19-da şəhərin Koreataun rayonunda olub. Məlumata görə, yerli sakin Duart Luis Romero izdihama atəş açan silahlı şəxsi görərək onu zərərsizləşdirməyə çalışıb. O, hücum edən şəxsi yerə yıxa bilsə də, mübarizə zamanı ayağından güllə yarası alıb. Güllə onun arteriyasını zədələyib.