Dünya Kuboku turnirində əsas mərhələnin oyunları başlayıb. 

Offsideplus.az xəbər verir ki, 1/16 finalın ilk oyunu çərçivəsində CAR və Kanada milliləri qarşılaşıb. Görüş Kanadanın 90+2 dəqiqə qolu ilə yekunlaşıb və Kanada adını 1/8 finala yazdırıb. 

23:00 / CAR 0:1 Kanada

Qol: Stefan Estakio (90+2')

Komandaların start heyətləri:

Cənubi Afrika: Uilyams; Mudau, Mbokazi, Okon, Modiba; Sitxole, Mokoena; Maseko, Mofokenq, Appollis; Makqopa.

Kanada: Krepo; Conston, Kornelius, Bombito, Laryea; Eustakio, Saliba; Byukenen, Devid, Millar; Oluvaseyi.