Corc Rassell yenilənmiş “Red Bull” bolidi ilə hücuma keçən Maks Ferstappeni geridə qoyaraq Formula 1-in Avstriya Qran-prisinin qalibi olub.
Offsideplus.az xəbər verir ki, o, mart ayındakı mövsümün açılış yarışından bəri ilk bazar günü qələbəsini əldə edib.
“Ferrari” pilotlarının ikinci və üçüncü sıradan başladığı yarışda, iki həftə əvvəl Barselonada Luis Hemiltona zəfər gətirən performans bu dəfə nümayiş etdirilə bilməyib və Ferstappen Rassell üçün ən böyük təhdid kimi önə çıxıb.
“Red Bull” komandası Ferstappen üçün Rasselldən fərqli bir təkər strategiyası seçib. Yarışın ikinci hissəsini uzadan komanda, final mərhələsində niderlandlı pilota altı dövrə daha təzə təkər üstünlüyü qazandırıb.


