UFC Fight Night Baku tədbirinin əsas kartının ikinci döyüşü çərçivəsində Şarabutdin Maqomedov Mişel Pereyra üzərində qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, yarışdan sonra keçirilən mətbuat konfransında rusiyalı döyüşçü əvvəlcə döyüşü şərh edib:
"I raund kifayət qədər təhlükəli idi. Bilirdim ki, o məni oradan öldürərək çıxarmaq istəyir. Buna imkan vermədim. Mən həvəsdən düşmədim. Sağ, dirsək zərbədən qaçmağa çalışırdım. Çalışırdım ki, onun çənəsinə zərbə endirim. Məni şoka salan onun zərbələri idi ki, mənə dəydi. Bundan sonra qorxacağım heç bir şey yoxdur".
"Döyüşdən sonra Emin Ağalarovdan "Sea Breeze"də ev istədin. Bu zarafat idi? Azərbaycanda həqiqətən ev almaq istəyir?", sualına dağıstanlı idmançı belə cavab verib:
"Mən piratam. Azərbaycanda "Sea Breeze" layihəsini əvvəldən izəyirdim. İstərdim ki, orda bir evim olsun. Belə şeylər adətən Dubaydadır, amma Azərbaycanda daha real görünür".
"Azarkeşlərdən üzr istəyirəm. Onlar mənə çox böyük dəstək oldular. Hoteldən çıxıb onlar ilə görüşə bilmədim. Çünki bir ölkəyə gələndə, ancaq bir məqsədim olur. Diqqətimi məşqlərimə, qalib gəlməyə cəmləmişdim. Turist kimi gəlmirəm", deyə "Şara Bullet" azərbaycanlı azarkeşlərdən üzr istədi.
32 yaşlı döyüşçü növbəti rəqibi və azərbaycanlı döyüşçülər barədə açıqlama verib:
“Heç kimi döyüşə çağırmaq istəmirəm. UFC-də maraqlı adları gözləyəcəyəm, baxarıq kim özünü göstərəcək. Çalışacağıq, yolumuza davam edəcəyik. Azərbaycanlı döyüşçülərdən danışsaq, bir çox uşaqları çoxdan tanıyıram. Məsələn, Tahir artıq əsl əfsanədir. Biz 2018-ci ildən tanışıq. Birlikdə Çində keçirilən turnirə getmişdik, qələbələr qazanmışdıq. Sonra mənimlə Taylanda getdi. Orada birlikdə məşq edirdik, mənə çox kömək edirdi. Hələ 2015-ci ildən birlikdə məşqlər etmişik. Sonra UFC-də debütümə hazırlaşarkən də mənə kömək etdi — hər gün sparrinq edirdik. Bu gün isə artıq onun debütü oldu. Onu təbrik edirəm. Bu onun ən böyük arzularından biri idi. Çox istedadlı və çox zəhmətkeş oğlandır. Hər gün məşq edir, UFC-yə düşməyi xəyal edirdi və bu gün buna nail oldu. Onun gözlərindəki xoşbəxtliyi gördüm.
Rafael də mənim köhnə dostumdur, 2018-ci ildən tanıyıram. O da çox yaxşı oğlandır. Əsas odur ki, heç vaxt qorxmurdu və həmişə UFC-yə düşməyi arzulayırdı. Bunun üçün daim çalışırdı.Yadımdadır, Taylandda məşq edirdik və stadionlarda cəmi 100 dollara döyüşməyə çıxırdıq. İndi isə bütün dünyanın izlədiyi belə böyük səviyyədəyik. Bu çox gözəl hissdir. UFC insana həm həyatını dəyişmək, həm də arzularını gerçəkləşdirmək imkanı verir".


