2026/27 mövsümünə hazırlıqlarını ciddi şəkildə davam etdirən “Neftçi”də ağ olduğu kimi, qara xəbər də var.

Offsideplus.az-ın əldə etdiyi məlumata görə “ağ-qaralar” Freddi Varqasın klubu “Makkabi Netanya” klubu ilə razılıq əldə edə bilməyib. Elə bu səbəbdən də Qustavo Klisman və Lyobomir Tupta komandaya cəlb edilib.

“Kəpəz”lə oyunda son dəfə meydana çıxdı, Bakını tərk etdi, ayyarım sonra qayıdacağı gözlənilirdi, olmadı. Bütün gedənlər gəldi, sən gəlməz oldun, Varqas…