DÇ-2026-da ötən gecə qrup mərhələsi başa çatıb.
Offsideplus.az xəbər verir ki, L qrupunda Xorvatiya Qananı 2:1 hesabı ilə məğlub edib. Panama isə İngiltərəyə 0:2 hesabı ilə uduzub.
K qrupunda Konqo Özbəkistana 3:1 hesabı ilə qalib gəlib. Kolumbiya - Portuqaliya oyunu isə qolsuz heç-heçə ilə yekunlaşıb.
J qrupu üzrə keçirilən Əlcəzair - Avstriya matçında 3:3 hesablı bərabərlik qeydə alınıb. Argentina isə 3:1 hesabı ilə İordaniyaya qalib gəlib.


