Bu gün Milli Gimnastika Arenasında UFC Fight Night tədbiri baş tutub.
Offsideplus.az xəbər verir ki, ilkin döyüşlər saat 17:00-dan start götürüb. Azərbaycan döyüşçülərindən Fərman Həsənov və Tahir Abdullayev ilkin kartda UFC debütünü reallaşdırıb və hər ikisi qələbə qazanıb.
20:00-dan başlayan əsas kartın üçüncü döyüşü Nazim Sadıxov və Mateus Kamilo arasında olub. Bu döyüşdə braziliyalı qalib gəlib. Gecənin ikinci əsas döyüşündə Şara Maqomedov Mişel Pereyranı məğlub edib.
Gecənin Əsas Döyüşündə isə yüngül çəki kateqoriyasında Rafael Fiziev - Manuel Torres döyüşü baş tutub. Bu döyüşdə "Ataman" rəqibini II raundda texniki nokautla məğlubiyyətə uğradıb.
27 iyun
UFC Fight Night Baku
Gecənin Əsas Döyüşü:
Yüngül çəki: ✅Rafael Fiziev - Manuel Torres (Texniki nokaut)
İkinci Əsas Döyüş:
Orta çəki: ✅Şara Maqomedov - Mişel Pereyra (29-28, 29-28, 29-28)
Əsas Döyüşlər:
Yüngül çəki: Nazim Sadıxov – Mateus Kamilo ✅ (Texniki nokaut, I raund, 1:31)
Super yüngül çəki: ✅Asu Almabayev – Çarlz Conson (Təslimetmə, III raund, 3:33)
Orta çəki: ✅İkram Aliskerov – Brunno Ferreyra (30-27, 30-27, 30-27)
Orta çəki: ✅Abus Maqomedov – Mixal Olekseyçuk (Təslimetmə, I raund, 3:25)
İlkin Döyüşlər:
Yarımorta çəki: ✅Fərman Həsənov – Erik Nolan (30-27, 30-27, 30-27)
Yarım ağır çəki: ✅Abdul Raxman Yaxyayev – Julius Volker (Nokaut, I raund, 0:08)
Orta çəki: ✅Nursulton Ruziboyev – Andrey Pulyayev (Texniki təslimetmə, I raund, 3:58)
Yarım yüngül çəki: ✅Kaan Ofli – Xavyer Reyes (Təslimetmə, I raund, 4:16)
Yarımorta çəki: ✅Daniil Donçenko – Teodor Berqren (Texniki nokaut, II raund, 1:35)
Ən yüngül çəki: Bekzat Almaxan – Jan Matsumoto ✅ (29-28, 29-28, 29-28)
Yarımorta çəki: ✅Tahir Abdullayev – Cefferson Nasimento (Texniki nokaut, III raund, 4:28)


