Milli Gimnastika Arenasında keçirilən UFC Döyüş Gecəsində Mateus Kamilo Nazim Sadıxovu texniki nokaut ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, braziliyalı döyüşçü qələbədən sonra oktaqonda müsahibə verib. O, əvvəlcə Bakını salamlayıb, daha sonra isə erkən başa çatan görüş barədə fikirlərini bölüşüb.
"Salam aleykum, Bakı! Bəli, biz məşq etmişdik, hər şeyə hazır idik. Ayaqüstə döyüş, zərbələrə və s. hər şeyi gözləyirdik. Yenə də Nazimi alqışlayıram, o böyük döyüşçüdür", deyə Kamilo qeyd edib.


